• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Möminə xatun türbəsinin bərpasına vəsait ayrıldı

CƏMİYYƏT

16 Mart 2026 | 12:32

Möminə xatun türbəsinin bərpasına vəsait ayrıldı

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 mln. 566 min manat vəsait ayrılıb.

Qeyd edək ki, Prezidentin 2025-ci il sərancamı ilə abidədə bərpa və konservasiya işlərinin aparılması üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdı.


SON XƏBƏRLƏR

15 Mart 2026