• Bakı 31° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Montyorun qətli ilə bağlı cinayət işi məhkəməyə göndərildi

HADİSƏ

14 Iyun 2024 | 16:51

Montyorun qətli ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Tərtər rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, cari il fevralın 26-da Tərtər rayonu, Buruc kənd sakini 1984-cü il təvəllüdlü Elbrus Şəmilovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Tərtər Suvarma Sistemləri İdarəsində elektrik montyoru vəzifəsində işləyən Elbrus Şəmilovun xidməti vəzifəsini yerinə yetirərkən həmkəndlisi, 1971-ci il təvəllüdlü Muradxan Hüseynov ilə aralarında mübahisə baş verməsi səbəbindən sonuncunun onu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Muradxan Hüseynova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR

19 Iyul 2024