Moskva rəsmi olaraq Yeni Dehli və Pekinin Rusiyadan neft alışı ilə bağlı bəyanatlarını rəhbər tutur
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz Hindistan Xarici İşlər Nazirliyinin Yeni Dehlidə yaydığı rəsmi bəyanatlara, eləcə də Pekinin bəyanatına güvənirik. Bu bəyanatlar ictimaiyyət üçün açıqdır və biz onları rəhbər tuturuq", - deyə Kreml sözçüsü bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi guya onu ölkənin Rusiya neftini almayacağına inandırıb.
Gülşən Şərif