• Bakı C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Moskvadan Gəncəyə uçan təyyarə gecikib - YENİLƏNİB

CƏMİYYƏT

03 Yanvar 2026 | 14:49

Moskvadan Gəncəyə uçan təyyarə gecikib - YENİLƏNİB

Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Gəncə beynəlxalq hava limanından Bakıvaxtı.az-a verilən məlumata görə, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.

Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.

***

13:45

Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.

Qeyd edək ki, uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.

Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq sərnişin istifadə edəcək.


SON XƏBƏRLƏR

03 Yanvar 2026