• Bakı 15° C

    3 m/s

Moskvaya uçan təyyarə Bakıya yönləndirildi

CƏMİYYƏT

23 Oktyabr 2026 | 19:16 | Müəllif: Subhan Mahmudov

Moskvaya uçan təyyarə Bakıya yönləndirildi

Moskvanın Şeremetyevo hava limanında hava həyəcanı elan olunub, sərnişinlər təhlükəsiz zonalara və sığınacaqlara təxliyə edilir.

Bakıvaxtı.az xəbər verir ki, hava limanının mətbuat xidmətinin məlumatına görə, bütün terminallarda uçuşqabağı yoxlama və uçuş zonalarına giriş məhdudlaşdırılıb.

Eyni zamanda, pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə əlaqədar Moskvaya uçan doqquz reys ehtiyat aerodromlara yönləndirilib.

Dohadan gələn təyyarə Bakıya, Hanoy, Murmansk, Pekin və Kalininqraddan gələn reyslər Sankt-Peterburqa, Pekindən gələn təyyarə isə Minskə yönləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR