"Biz əbədi olaraq müharibə vəziyyətində yaşamaq istəmirik".
Bakıvaxtı.az "ABC News"a istinadən xəbər verir ki, bunu İsrail-İran gərginliyini şərh edən İsrailin xarici kəşfiyyat agentliyi "Mossad"ın keçmiş direktoru Efraim Halevi deyib.
O, açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahunun ölkə məsələlərinə münasibətini tənqid edib.
"İsrail rəhbərliyinin İrana ən yüksək səviyyədə cavab verməyi seçməyəcəyinə ümid edirəm. İsrailin birdən-birə ən yüksək səviyyəyə qalxmasının ağıllı olacağını düşünmürəm. İsrailin ölkəni və vətəndaşlarının həyatını qorumaq gücü var", - deyə Halevi qeyd edib.
Gülşən Şərif