• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

DÜNYA

26 Avqust 2026 | 22:50

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Dünyanın ən böyük konteynerdaşıma şirkəti olan “MSC Mediterranean Shipping Co.” Rusiyanın Novorossiysk limanına və limanından yeni sifarişləri dayandırıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, “MSC”nin bu qərarı yaxın vaxtlarda Novorossiyskə gedən “MSC ULSAN III” gəmisinə edilən dron hücumundan sonra verdiyi bildirilir. Hadisənin nə vaxt baş verdiyi açıqlanmır.

“MSC”nin vəziyyəti yaxından izlədiyini və Qara dəniz limanından müntəzəm həftəlik xidmətlərin bərpasına imkan verən şərait yaradılana qədər müştərilərin idxal və ixrac üçün mümkün logistik alternativlər barədə Rusiya agenti ilə əlaqə saxlamalı olduqlarını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026