İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 12 müraciət daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov bildirib ki, hay-küyə ehtiyac yoxdur: "Ölkə üzrə 1000-ə yaxın maraqlı tərəfin iştirakı ilə keçən bir tədbirlə bağlı 12 müraciət çox azdır. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairə seçki komissiyasının qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər”.