• Bakı 18° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Mübahisəli ada bu ölkəyə verildi

DÜNYA

22 May 2025 | 19:14

Mübahisəli ada bu ölkəyə verildi

Britaniya mübahisəli və strateji mövqedə yerləşən Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsi haqqında saziş imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

"Qərar Britaniyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən ABŞ-Böyük Britaniya hərbi bazasının gələcəyini təmin edir", - deyə nəşr yazıb.

Sazişə uyğun olaraq Böyük Britaniya bazanın ən azı 99 il müddətinə icarəyə verilməsinə görə Mavrikiyə hər il 101 milyon funt-sterlinq ödəyəcək.

Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, ABŞ qoşunları tərəfindən idarə olunan baza Britaniyanın terrorizmlə mübarizəsi üçün mühüm əhəmiyyət kəsb edir və Britaniya təhlükəsizliyinin təməl daşıdır.

Ölkələr arasında razılaşma ötən ilin oktyabrında əldə olunub. Bu qərar krallığın müxalif Mühafizəkarlar Partiyası tərəfindən tənqid edilib və hesab edir ki, Mavrikinin Çinlə sıx əlaqələri Dieqo Qarsiya adasındakı britaniyalı hərbçilərin təhlükəsizliyini təhdid edir.

Çaqos adaları Hind okeanında 60-dan çox tropik adadan ibarət yeddi atolldan ibarət arxipelaqdır. 1965-ci ildə ölkə hələ Britaniya koloniyası olanda Mavrikidən ayrılıb. Mavriki Britaniyanı arxipelaqı müstəmləkəçiliklə işğal etməkdə ittiham edərək, onun adalar üzərindəki hüquqlarından qeyri-qanuni şəkildə imtina etməyə məcbur olduğunu iddia edib.


SON XƏBƏRLƏR

22 May 2025