• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müdafiə naziri Türkiyədə buraxılış mərasimlərində iştirak edib

CƏMİYYƏT

31 Avqust 2023 | 22:50

Müdafiə naziri Türkiyədə buraxılış mərasimlərində iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış mərasimində çıxış edərək məzunları təbrik edib.
Sonra məzunlara diplomlar təqdim olunub.

Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026