Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.
















