“AMEA-da dediyim “əvvəl buraxdığımız səhvləri indi etməməliyik” sözünü ritorik olaraq dedim”.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib.
“Məsələn, müəllimlərin imtahanında gördük ki, “müəllim” sözünü “məllim”, “məktəb” sözünü “məktəp” yazan müəllimlər var. Onu nəzərdə tuturam ki, Qarabağ Universitetində işə qəbulda daha şəffaf, düzgün olaq”, - deyə Emin Əmrullayev vurğulayıb.
Aytac Aslan