• Bakı C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

"Müğənnicikləri niyə qınayırsınız ki?" - Telli Pənahqızı

CƏMİYYƏT

23 Fevral 2026 | 15:04

Müğənnicikləri niyə qınayırsınız ki? - Telli Pənahqızı

“Müğənnicikləri niyə qınayırsınız ki? Onları “müzakirə mövzusuna” çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardır".

Bakıvaxtı.az xəbər verir ki. bunu Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" səhifəsində paylaşımında qeyd edib.

Pnun sözlərinə görə, qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır:

"Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə “aparıcılar”dır.

Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz!  Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin! Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir”.


SON XƏBƏRLƏR