• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

"Müharibə Rusiya iqtisadiyyatını dörd il geri salıb" - KİV

DÜNYA

12 Avqust 2022 | 20:15

Müharibə Rusiya iqtisadiyyatını dörd il geri salıb - KİV

Rusiyanın Ukraynaya hücumu Rusiya iqtisadiyyatını hücumdan sonrakı ilk rübdə dörd il geriyə saldı və tarixdə ən uzun tənəzzüllərdən birinə səbəb oldu.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlində artan Rusiya iqtisadiyyatı ikinci rübdə azalmağa başladı. 

"İqtisadiyyat ikinci rübdə 2018-ci il səviyyəsinə qayıdaraq dörd illik artım tempini sıfırlayacaq. Biz daha yumşaq pul siyasəti tələbi dəstəklədiyi üçün dördüncü rübdə azalmanın yavaşlamasını gözləyirik. Bununla belə, Avropa iqtisadiyyatı 2023-cü ildə daha 2% itirəcək. Enerji daşıyıcılarına qadağa ixracı sıxışdıracaq", - rusiyalı iqtisadçı Aleksandr İsakov bildirib.

İqtisadiyyatda tənəzzül ilkin olaraq qorxulduğu qədər kəskin olmasa da, mərkəzi bank tənəzzülün qarşıdakı rüblərdə daha da pisləşəcəyini proqnozlaşdırır və gələn ilin ikinci yarısına qədər bərpa gözləmir.


SON XƏBƏRLƏR

27 Mart 2024