• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Müharibə tam gücü ilə davam edəcək - Netanyahu

DÜNYA

06 Aprel 2026 | 15:03

Müharibə tam gücü ilə davam edəcək - Netanyahu

İrana qarşı müharibə tam gücü ilə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail baş nazir Benyamin Netanyahu öz "X" sosial şəbəkə səhifəsində yazıb.

Netanyahu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhər saatlarında endirilən hava zərbələrindən biri nəticəsində öldürülməsinə görə ordunu təqdir edib.

O eyni zamanda, SEPAH-ın Qüds Qüvvələrinin 840 saylı hissəsinə başçılıq etmiş Yəzdan Mirin zərərsizləşdirilməsinə görə İsrail Müdafiə Qüvvələrini alqışlayıb. Onun sözlərinə görə Sərdar Bağeri təxəllüsü ilə tanınan iranlı komandan dünyanın müxtəlif bölgələrində yaşayan yəhudilərə edilən hücumlara cavabdeh olub.


SON XƏBƏRLƏR