• Bakı 17° C

    1.68 m/s

Müharibəni yalnız bir ölkə dayandıra bilər - HƏMAS

DÜNYA

04 May 2024 | 20:58 | Müəllif: Subhan Mahmudov

Müharibəni yalnız bir ölkə dayandıra bilər - HƏMAS

İsrailin Qəzzadakı müharibəsinə son qoymaq üçün üç aylıq danışıqlarda irəliyə doğru bir neçə addım atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib.

“Düşünürəm ki, vasitəçilər, Misir və Qətərdəki qardaşlarımız yaxşı iş görürlər. Ona görə də biz hələ də əsas məqsədə - tam atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına nail olacağımıza ümid edirik”, - deyə o bildirib.

Həmdan əlavə edib ki, müharibəni yalnız ABŞ bitirə bilər:

“Biz ABŞ-ın real mövqeyi haqqında danışmalıyıq, çünki bu, israillilərin, əsasən də Netanyahunun mövqeyinə təsir edəcək əsas məsələdir. Əgər ABŞ Netanyahuya açıq şəkildə desə ki, kifayətdir, sizi əmin edirəm ki, müharibə bitəcək!”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026