• Bakı 11° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

“Mülki missiya”nın binokllu  təxribatı: Fransa kəşfiyyatçıları Azərbaycanla sərhəddə nə axtarır?

SİYASƏT

30 Oktyabr 2024 | 14:26

“Mülki missiya”nın binokllu  təxribatı: Fransa kəşfiyyatçıları Azərbaycanla sərhəddə nə axtarır?

“Avropa İttifaqının "mülki missiyası" adı altında bölgəmizə gələn NATO-nun kəşfiyyat strukturlarının adamları olması faktları öz təsdiqini tapmaqdadır”.

Bunu Bakıvaxtı.az-a Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi hallarının artmasına mübasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Aİ-nin "xüsusi missiya" nümayəndələrinin mülki olması iddiası inandırıcı deyil:

"Qarşıdan COP29 tədbiri gəlir. Görünən odur ki, bu ərəfədə Qərb dairələri və Ermənistan mümkün qədər təxribatların artırılmasına çalışacaq. Bölgədə qeyri-stabilliyin qalması, gərginliyin artması yönündə müəyyən cəhdlər göstərəcəklər. Cənubi Qafqazda gərginlik yaratmaq xüsusən Fransa və ABŞ-nin marağındadır. Əgər ABŞ və Fransa rəhbərliyi COP29 tədbirinə gəlmirsə, deməli onların niyyəti, məramı xoş deyil”.

Samir Hümbətov: "Xüsusi missiya" nümayəndələrinin mülki olması iddiası inandırıcı deyil

Müsahibimiz qeyd edib ki, Azərbaycana qarşı addımların israrla davam etdirilməsi də bunu göstərir. S.Hümbətova görə, məqsəd daha çox şərti sərhədlərdə təxribatçı hərəkətlər etməkdir:

“Azərbaycan tərəfinə boylanananlar, binoklla seyr edənlər hansı istiqamətdə təxribat törətməyin daha münasib olacağını planlayırlar. O baxımdan onları müşahidəçi adlandırmaq doğru deyil. Onlar silahlı kəşfiyyatçılardır. Sadəcə olaraq "mülki missiya" adı altında maskalanmaqla öz həqiqi missiyalarını icra edirlər. "Müşahidə" adı altında kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar ki, Ermənistan tərəfinə daha çox məlumat ötürsünlər. Təbii ki, bu da tərəflər arasında gərginliyin artırılmasına xidmət edir".

Qeyd edək ki, Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.

İndiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Avtomobildəki 6 nəfərin Fransa kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.

Maraqlıdır ki, "Report”un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.

Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.

Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

13 Noyabr 2024