• Bakı 12° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verildi

HADİSƏ

15 Noyabr 2024 | 17:20

Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verildi

Bir müddət əvvəl xüsusi əməliyyat nəticəsində həbs edilən edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki cinayət işinə xitam verilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilərək dövlət büdcəsinə qaytarılmasıdır.

Rəşad Məmmədov barəsində bir müddət əvvəl də həbs qətimkan tədbiri ləğv edilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü.

İttihama görə, cinayət işi üzrə 70 min manata yaxın ziyan olub.


SON XƏBƏRLƏR

15 Noyabr 2024