• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

MÜTDA-dan 8 martla bağlı ÇAĞIRIŞ

CƏMİYYƏT

03 Mart 2025 | 15:24

MÜTDA-dan 8 martla bağlı ÇAĞIRIŞ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə çağırış edib.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib. 

Bildirilib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.

"Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək",- deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR