• Bakı C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.7893

    RUB - 1.6487

Muxtar Babayev: "Öhdəliklərini təsdiqləyən ölkələri yüksək qiymətləndiririk" 

COP29

12 Noyabr 2024 | 17:47

Muxtar Babayev: Öhdəliklərini təsdiqləyən ölkələri yüksək qiymətləndiririk 

Əziz həmkarlar, əziz dostlar, tədbirdə iştirak etdiyiniz üçün hər kəsə təşəkkür edirik. Gündəmi irəli sürmək və diqqəti itki və zərərlərə cavab fonduna yönəltməkdən şərəf duyuram.


Biz Misir və Birləşmiş Ərəb Əmirliklərinin COP27 və COP28 sədrliklərinin qətiyyətini və öhdəliklərini yüksək qiymətləndiririk. 
 
Bakıvaxtı.az
xəbər verir ki, bu sözləri Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri, COP29-jn prezidenti Muxtar Babayev konfransında bildirib.

Onun sözlərinə görə, hər iki prezident bu istiqamətdə kritik səylər göstərib:
 
“Bütün bu illər ərzində yorulmaz əməkdaşlığa görə onlara həqiqətən minnətdarıq.
Onların konstruktiv əlaqəsi bizim COP29 ilə bağlı gördüyümüz işlərə dəstək verdi.
Biz Filippinlə ev sahibi ölkə müqaviləsini, Dünya Bankı ilə hostinq və tranzit müqaviləsini donor ölkələrlə töhfə müqavilələri imzalayırıq.
Əvvəlki öhdəliklərini yenidən təsdiqləyən ölkələri də yüksək qiymətləndiririk.Bu irəliləyiş bizə nəhayət vədləri real dəstəyə çevirməyə imkan verdi. Bu o deməkdir ki, 2025-ci ildə maliyyə axını mümkün olacaq”.

Fatimə Əşrəfli


SON XƏBƏRLƏR

11 Dekabr 2024