• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Muxtar Babayev Pakistan naziri ilə iqlim böhranını müzakirə etdi

COP29

23 Iyul 2025 | 16:24

Muxtar Babayev Pakistan naziri ilə iqlim böhranını müzakirə etdi

Pakistanın iqlim məsələləri üzrə naziri Musadik Malik COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyevlə görüş keçirib.

Bakıvaxtı.az-ın Pakistan qurumuna istinadən verdiyi məlumata görə, müzakirələr Şamaxıda keçirilən qeyri-rəsmi iqlim görüşü çərçivəsində baş tutub.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi və onlara uyğunlaşma dəstəyi, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında “yaşıl tərəfdaşlığın” gücləndirilməsini müzakirə ediblər.

Pakistanlı nazir vurğulayıb ki, iqlim dəyişikliyi "təcili, ədalətli və elmi əsaslı qlobal tədbirlər tələb edən böhrandır".

M.Malik qeyd edib ki, Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin nəticələri ilə daha kəskin şəkildə üzləşirlər.


SON XƏBƏRLƏR

23 Iyul 2025