Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə yük gəmisi ələ keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib.
"UKMTO Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb", - deyə bildirilib.
Naməlum şəxslərin yük gəmisini qaçıraraq Somali ərazi sularına doğru getdiyi iddia edilir.
Bakı 




