• Bakı 13° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Namiq Qaraçuxurlu villasından DANIŞDI

ŞOU

02 Aprel 2026 | 10:34

Namiq Qaraçuxurlu villasından DANIŞDI

Meyxanaçı Namiq Qaraçuxurlu ona yazılan şərhlərdən danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, sənətçi ona müsbət rəylərin çox yazıldığını bildirib. O qeyd edib ki, başqa sənətçilərin ev, maşın xəbərləri tənqid edildiyi halda, ona xoş sözlər yazılıb:

"Novruz bayramında bağdan video paylaşdım. Yazıblar, "Namiq Qaraçuxurluğunun bağı". Belə yazılar qoyulanda camaat təhqir edir. Amma hamı yazıb ki, ona layiqdir, artığına layiqdir, illərdir əziyyət çəkir. Oxuyub kövrəlirəm. Bir dəfə maşınımı qoymuşdular, ona da belə yaxşı yazmışdılar. Bu, mənim üçün xoşdur. Hər şeydə insanların fikrini alıram, nə olar, nə olmaz. Bunun bəhrəsini də görürəm. Dəyərlərini itirmiş adamlar hər dəfə cəmiyyətdən kiməsə hörmət görəndə mütləq nəsə etmək istəyirlər ki, həmin adam ləkələnsin, onların tayı olsun və rahatlaşsınlar. Bu dəfə o qədər də böyük hadisə baş verməyib, əsəbləşməzlər yəqin"./Axşam.az


SON XƏBƏRLƏR

01 Aprel 2026