• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Namiq zəlzələdən yazdı: “Zarafata çevirin getsin”

MƏDƏNİYYƏT

07 Dekabr 2023 | 10:08

Namiq zəlzələdən yazdı: “Zarafata çevirin getsin”

Meyxanaçı Namaq Qaraçuxurlu bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə  “Instagram” hesabının “stori” hissəsində bu sözləri yazıb: “Panikaya düşmək lazım deyil. Ələlxüsus, evdə uşaq varsa, zarafata çevirin getsin. İnşəAllah təkrarlanmaz”.

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 08:16 Xəzər dənizində qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

08 May 2025