• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

HADİSƏ

30 Mart 2024 | 09:03

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb.

Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026