• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

CƏMİYYƏT

03 Fevral 2022 | 19:40 | Müəllif: Subhan Mahmudov

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Qax rayon sakini Orxan Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, şöbəyə gətirilib. Tibbi müayinədən keçirilən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi sübuta yetirilib.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026