• Bakı 17° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

HADİSƏ

19 Aprel 2024 | 12:56

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən Bakıvatı.az-a verilən məlumata görə, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil idarənin əməkdaşları tərəfindən Lökbatan dairəsi yaxınlığında saxlanılıb.

Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkarlandığından barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.


SON XƏBƏRLƏR

01 May 2024