• Bakı 18° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

CƏMİYYƏT

30 Sentyabr 2024 | 20:07

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində BMW markalı avtomobilin sürücüsü Bəybala Camalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Camalovun narkotik vasitə qəbul etməsi aşkarlanıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


SON XƏBƏRLƏR