• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb

HADİSƏ

30 Dekabr 2024 | 09:41

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb. Onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.

Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər- Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıbNarkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026