• Bakı 20° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Nasaz lift, qulaqlıq... - Yeniyetmənin ölümünə nə səbəb olub?

HADİSƏ

25 May 2025 | 23:34

Nasaz lift, qulaqlıq... - Yeniyetmənin ölümünə nə səbəb olub?

Xəbər verdiyimiz kimi, ötən gün Zabrat-2 stansiyasında 15 yaşlı yeniyetmə Nemət Hacıyev hərəkətdə olan qatarın qarşısına qəflətən çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bədbəxt hadisədən sonra yeniyetmə həlak olub.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Məlumata görə, sözügedən ərazidəki yolustü keçidin lifti işləmədiyi üçün vətəndaşlar relslərin üzərindən keçirlər. Hətta, onlar “rahatlığ”a görə təhlükəsizlik məqsədilə yerləşdirilən dəmir qoruyuculardan özlərinə yol da açıblar.

Sakinlər deyir ki, ərazidə əvvəllər də belə bədbəxt hadisələr baş verib.

Yeniyetmənin ölümü ilə bağlı səslənən başqa bir iddia isə, hadisə zamanı onun qulaqlıqdan istifadə etməsidir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan dəmiryolları QSC bir daha vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Ərraflı “Xəzər Xəbər”in videomaterialında:


SON XƏBƏRLƏR

25 May 2025