Müttəfiqimiz Türkiyəyə və bu gün baş verən faciəli qəzada həlak olanların hamısının yaxınlarına başsağlığı veririk.
Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte X hesabında yazıb.
"Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinə, xüsusilə də Alyansdakı bütün hərbi geyimli kişilərimizə və qadınlarımıza- hər gün təhlükəsizliyimizi təmin etmək üçün etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk", - paylaşımda bildirilib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Bakı 



