NATO Baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya liderlərinə təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO Baş katibi "Twitter" paylaşında bildirib.
“İndi bizim Finlandiya və İsveçin NATO-ya üzv olmasına yol açan sazişimiz var" deyən NATO-nun Baş katibi bu tarixi qərarı mümkün edən konstruktiv ruha görə prezident Ərdoğana, Niinistoya və İsveçin baş nazirinə təşəkkür edib.
















