• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

NATO-dan ölkəmizə dəvət var:  Azərbaycan hər hansı hərbi bloka qoşulmur, amma...

SİYASƏT

02 Iyul 2024 | 17:42

NATO-dan ölkəmizə dəvət var:  Azərbaycan hər hansı hərbi bloka qoşulmur, amma...

Amerika Birləşmiş Ştatları Azərbaycanı NATO sammitinə dəvət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Brayen bildirib. Diplomat deyib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.

Qeyd edək ki, NATO-nun Vaşinqton sammiti iyulun 9-11-də keçiriləcək.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında artıq uzun illərdir qurumla əməkdaşlıq edir.

Analitik vurğulayıb ki, əslində Azərbaycan Türkiyə hərbçiləri ilə bərabər NATO qoşunları tərkibində Əfqanıstanda, İraqda, Kosova və s. ölkələrdə mütəmadi xidmət keçib:

"Əfqanıstanda da sülhməramlı missiyanı yerinə yetirən və qoşunları ən son çıxaran məhz Azərbaycan və Türkiyə oldu. NATO üzvü olan qardaş Türkiyə ilə hərbi əməkdaşlığımız ən yüksək həddədir və bu əməkdaşlıq davam etməkdədir”.

Samir Hümbətov: Azərbaycan öz maraqları çərçivəsində istənilən qurumla münasibətləri davam etdirir

Müsahibimizə görə, məsələnin önəmli tərəfi odur ki, Azərbaycan hər hansı hərbi bloka qoşulmur. Buna rəğmən, əməkdaşlığı dərinləşdirir:

“NATO-ya üzv olan dövlətlərlə də hərbi əməkdaşlığımız mövcuddur. Bu o deməkdir ki, Azərbaycan öz maraqları çərçivəsində istənilən qurumla münasibətləri davam etdirir. Dəfələrlə qeyd olunduğu kimi Azərbaycanın hansısa blokla, ölkə ilə hərbi əməkdaşlığı heç bir dövlətə qarşı yönəlməyib. Məqsədimiz öz maraqlarımız çərçivəsində beynəlxalq birliklərlə əlaqələrin miqyasını mümkün qədər genişləndirmək, inkişaf etdirməkdir. O baxımdan NATO-nun Azərbaycanı xüsusi dəvət etməsi və ölkəmizin həmin tədbirdə iştirakı olduqca mühümdür".

Aydın Baxış


SON XƏBƏRLƏR