Şimali Atlantika Alyansı avqustun 20-də Baş Qərargah rəislərinin Ukrayna ilə bağlı görüşünün keçiriləcəyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“NATO Baş Qərargah rəisləri avqustun 20-də videokonfrans formatında Ukrayna ilə bağlı görüş keçirəcək”, - məlumatda bildirilir.
***
19:40
NATO-nun müdafiə nazirləri və alyansın baş qərargah rəisləri çərşənbə günü, avqustun 20-də Ukrayna ilə bağlı telekonfrans keçirmək niyyətindədirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik iddia edir ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç görüş iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada aparılan danışıqların nəticələri barədə məlumat verəcək.
Məsləhətləşmələrdə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirakı gözlənilir.
NATO qərargahı və Pentaqon hələlik bu məlumatı təsdiqləməyib.
Qeyd edək ki, Aİ ölkələrinin liderləri Vaşinqtonda keçirilən danışıqlardan sonra fövqəladə onlayn sammiti başa vurmaq üzrədirlər. Görüşün əsas mövzu hərbi əməliyyatların başa çatacağı təqdirdə NATO qoşunlarının Ukraynaya göndərilməsinin müzakirəsidir. Brüssel belə bir addımı Ukraynaya hərbi təminat kimi qiymətləndirir.