Rusiyanın növbəti hədəfin NATO olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O, Qərbdə Rusiya təhdidinə qarşı kifayət qədər təcililik hissinin olmadığını bildirib və müdafiə xərclərinin sürətlə artırılmasının vacibliyini vurğulayıb.
Rutte Rusiyanın ayda minlərlə silahlı dron istehsal etdiyini qeyd edərək bunun həm Ukrayna, həm də NATO üçün ciddi risk yaratdığını deyib.
Baş katib ABŞ və Avropanın Ukrayna məsələsində birlikdə hərəkət etməyə davam edəcəyinə inandığını bildirib.
Rəşid Muxtar
Bakı 



