• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Navrotski Aİ-nin yenidən silahlanma proqramındakı riskləri açıqlayıb

DÜNYA

25 Fevral 2026 | 14:16

Navrotski Aİ-nin yenidən silahlanma proqramındakı riskləri açıqlayıb

Polşa Prezidenti Karol Navrotski Aİ-nin üzvü olan dövlətlərin yenidən silahlanması üzrə çoxmilyardlıq proqramdakı mümkün risklərə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV-in məlumatında deyilir.

Polşa bu proqram çərçivəsində təxminən 43,7 milyard avro güzəştli kredit almağa iddialıdır.

Polşa ordusunun SAFE proqramı çərçivəsində bu cür böyük vəsaitlərə ehtiyacı olduğunu deyən prezident risklərdən də danışıb.

"Şübhə doğuran məsələ suverenlik aspektidir ki, bu da Polşa Prezidenti kimi mənim üçün xüsusilə vacibdir – SAFE proqramı bizə vəsaitlərdən sərbəst istifadə etməyə nə dərəcədə imkan verir? Təhlükəsizliyin təməlində əminlik amili durur. Biz əmin olmalıyıq ki, bu vəsaitlər dayandırılmayacaq və ya dondurulmayacaq. Əminlik təhlükəsizlik, inamsızlıq isə təhlükədir", – o qeyd edib.


SON XƏBƏRLƏR