• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub - YENİLƏNİB

CƏMİYYƏT

23 Fevral 2024 | 17:45

Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub - YENİLƏNİB

Vəli Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

    ...

    11:05

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.

    Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad olunub. O, nazirlikdə digər işlə təmin olunub.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024