• Bakı C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Naxçıvan Səhiyyə Nazirliyinə 52 yeni təcili yardım maşını təhvil veriləcək

CƏMİYYƏT

11 Yanvar 2025 | 17:54

Naxçıvan Səhiyyə Nazirliyinə 52 yeni təcili yardım maşını təhvil veriləcək

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinə bu ilin ilk yarısında 52 yeni təcili yardım avtomobili təhvil veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvan MR-in səhiyyə naziri Samiq Sadıxov deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində MR-də səhiyyə sahəsində bir sıra mühüm yeniliklər həyata keçirilib, Təcili Tibbi Yardım briqadalarının yaradılması və maddi-texniki təminatın artırılması diqqət mərkəzində olub. Bu sahədə atılan addımlar arasında təcili tibbi yardım xidmətinin proqram təminatının formalaşdırılması və istifadəyə verilməsi xüsusi yer tutur.

S.Sadıxov qeyd edib ki, 2024-cü ildə təcili tibbi yardım briqadalarının sayını artırmaq və maddi-texniki təminatını daha da gücləndirmək məqsədilə 52 yeni təcili yardım avtomobili alınması ilə bağlı satınalma müsabiqəsi həyata keçirilib və müqavilə bağlanılıb. Bu avtomobillərin 2025-ci ilin ilk yarısında təhvil verilməsi nəzərdə tutulub. Bu da təcili yardım xidmətinin daha sürətli və effektiv fəaliyyət göstərməsini təmin edəcək.

Nazir bildirib ki, dövlət proqramı çərçivəsində həyata keçirilən ən böyük layihələrdən biri də Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasıdır. Ali Məclis sədrinin fərmanı ilə 32 Ailə Sağlamlıq Mərkəzi (ASM) yaradılıb və bu mərkəzlərin maddi-texniki təminatı məqsədilə müvafiq satınalmalar həyata keçirilib.


SON XƏBƏRLƏR