2024-2025-ci tədris ili üzrə 147 mindən artıq dərslik muxtar respublikaya gətirilib və ümumtəhsil məktəblərinə paylanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Onun sözlərinə görə, Muxtar Respublika Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 3306 uşaq elektron qeydiyyatdan keçib və onlar üçün 2931 aktiv sorğu yerləşdirilib.
Nazir əlavə edib ki, Naxçıvanda cari tədris ilinə hazırlıq çərçivəsində bu günə kimi birinci sinfə qəbul məqsədi ilə 3715 uşağın sorğusu yerləşdirilib.