• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Naxçıvana uçan təyyarə tufana görə Bakıya qayıtdı

CƏMİYYƏT

23 May 2022 | 21:17

Naxçıvana uçan təyyarə tufana görə Bakıya qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.


SON XƏBƏRLƏR