Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Forumda Naxçıvanın və Türkiyənin Qars, İğdır, Ardahan vilayətlərinin dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində təqdimatlar və B2B görüşləri keçiriləcək.
Bakı 



