• Bakı 18° C

    7.15 m/s

Naxçıvanda 32 kəhrizdə təmir işləri aparılıb

CƏMİYYƏT

26 Mart 2026 | 14:35 | Müəllif: Əli Hüseynov

Naxçıvanda 32 kəhrizdə təmir işləri aparılıb

Naxçıvan Muxtar Respublikasında qədim su təminatı sistemlərindən olan kəhrizlərin qorunması və bərpası istiqamətində işlər aparılır.

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Bakıvaxtı.az-ın məlumata görə, hazırda qurumun qeydiyyatında 389 kəhriz mövcuddur.

Ötən il ərzində kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda 8, Kəngərli rayonunda 21, Şahbuz rayonunda 1, Naxçıvan şəhərində isə 2 olmaqla, ümumilikdə 32 kəhrizdə cari təmir işləri aparılıb.

Hesabat dövründə 32 kəhrizdə ümumilikdə 4 161 metr kürə lil və bərk çöküntülərdən təmizlənib, 43 metr uzunluğunda saybənd hörülüb. Bundan əlavə, 3 quyuda çökmüş hissələr bərpa olunub, 2 yeni quyu qazılıb.

Bu ilin ötən dövründə isə Kəngərli rayonunda 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, Ordubad rayonunda isə 1 kəhrizdə işlər hazırda davam edir. Bu müddətdə 223 metr kürə lildən təmizlənib, 2 metr yeni kürə qazılıb.

Həmçinin yanvarda 6 metr dərinliyində 1 quyu qazılıb, daha bir yeni quyuda fevral ayından başlanan qazma işləri hazırda davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR