• Bakı 11° C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq

CƏMİYYƏT

07 Aprel 2026 | 22:58

Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin Əsasnaməsi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, sənəddə şöbənin vəzifələri də öz əksini tapıb.

Belə ki, Mədəniyyət və mədəni irs şöbəsi kino və videofilmlərin qanunsuz nümayişi, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması ilə bağlı tədbirlər görməli, tamaşaçı auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının ərazisində kütləvi nümayiş (kinozal, videozal, videoyayım məntəqələri) üçün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq və onların dövlət reyestrinə daxil edilməsi üçün təkliflər verməli olacaq.

Şöbə həmçinin Azərbaycan xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və incəsənətinə ləkə gətirən, onları alçaldan və böhtan xarakterli materialların nəşrinin (yayımının) qarşısının alınması üçün zəruri tədbirlər görməlidir.


SON XƏBƏRLƏR

07 Aprel 2026