• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda DƏHŞƏTLİ QƏZA - Ata öldü, ana və uşaqları yaralıdır

HADİSƏ

06 Oktyabr 2023 | 19:42 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda DƏHŞƏTLİ QƏZA - Ata öldü, ana və uşaqları yaralıdır

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 75-BH-431 nömrəli avtomobillə 71-BB-012 nömrəli avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

İlkin məlumata görə, xəsarət alan ana və iki övladı - 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər. Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.

Ata - 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026