• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Naxçıvanda İmtahan Mərkəzi YARADILDI

CƏMİYYƏT

27 Sentyabr 2024 | 11:52

Naxçıvanda İmtahan Mərkəzi YARADILDI

Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.

Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.

Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.

Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.


SON XƏBƏRLƏR