• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir

CƏMİYYƏT

16 Oktyabr 2024 | 14:27

Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, iki gün davam edəcək aksiyada müxtəlif sahələr üzrə peşəkar həkimlər tərəfindən müayinələr aparılacaq.

Aksiya çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev muzeyi ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovla “Regional İnkişaf” İctimai Birliyinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Samiq Sadıxov son dövrlərdə muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən islahatlardan və icrası nəzərdə tutulan layihələrdən bəhs edib. Nazir qeyd edib ki, ilkin səhiyyə xidmətini təkmilləşdirmək məqsədilə muxtar respublikada 32 Ailə sağlamlıq mərkəzi, həmçinin tərkibində peyvənd mərkəzi olan İctimai Səhiyyə Xidməti yaradılıb. Uşaqların peyvənd olunma prosesini asanlaşdırmaq üçün SMART peyvənd sistemi tətbiq olunmağa başlanılıb.

Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti haqqında məlumat verən nazir bildirib ki, muxtar respublika üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobilləri daxili və xarici müşahidə kamerası və GPS sistemi ilə təchiz edilib, təcili yardım xidmətinin tam elektronlaşdırılması aparılıb.

Görüş zamanı ötən il təşkil edilən “Diabet mənim dostumdur” adlı layihədən hazırlanmış videoçarxın təqdimatı olub.

Sonda qonaqlar səhiyyə sistemində həyata keçirilən layihələrin çox əhəmiyyətli olduğunu vurğulayaraq, bu layihələrin Azərbaycanın digər regionlarında da tətbiq olunmasının zəruriliyini bildirib.


SON XƏBƏRLƏR