Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub.
Bakıvaxtı.az xəbər verir ki, büdcə layihəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasında üçüncü oxunuşda baxılıb.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov muxtar respublikanın sosial-iqtisadi inkişafı və 2025-ci il büdcəsi barədə çıxış edib.
Büdcə layihəsi ilə yanaşı, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsi də səsə qoyularaq qəbul edilib.