• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - Yeni təyinat

Gündəm

14 May 2021 | 14:06

Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - Yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bakıvaxtı.az Unikal.org-a istinadən xəbər verir ki,Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.


SON XƏBƏRLƏR

26 Aprel 2024