Sertifikasiya prosesində Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə əmək müqaviləsinə xitam verilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, imtahanda xarici dil müəllimlərindən 12%-i uğur qazana bilib:
"1 657 nəfərin əmək müqaviləsinə xitam verilib. Misal olaraq, Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollarımızı ayırmalı olmuşuq. Həmin şəxsləri yeni müəllimlərlə əvəz edəcəyik və inanırıq ki, gələcək nəticələr də yaxşı olacaq".