Kimya müəllimlərinin sertifikasiya prosesində heç bir qeyri-adi hal olmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri apa-nın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib
O bildirib ki, həmin suallara nəzər yetirilib: “Küçədən keçən insanlar da sertifikasiya prosesinə etiraz edir. Sertifikasiya prosesində iştirak etməyən şəxslərin də etiraz etməsi düzgün deyil”.
Nazir qeyd edib ki, 350 nəfər yüksək bal toplayıb.